Gender problem and modern Azerbaijan

Gender problemi və müasir Azərbaycan

Respublika elmi-praktiki konfransı

25 noyabr, 2017-ci il

Müasir cəmiyyət nə qədər inkişaf etsə də, sosial və ictimai münasibətlər sistemi nə qədər təkmilləşsə də gender problem qlobal problemlərdən biri kimi qalmaqdadır. Bu, müasir zamanda da insanlığı narahat edən, düşündürən məsələlərdən birinə çevrilib.

Qadının cəmiyyətdə sosial rolu getdikcə artır, bu gün ailənin, kişi və qadınların həyatında baş verən mühüm dəyişikliklər özünü açıq şəkildə göstərir, ideoloji dəyərlər dəyişir, yeni demokratik ideallar meydana çıxır. Bütün bunlar, eyni zamanda cəmiyyətdə gedən ictimai-siyasi proseslərlə bağlı hər iki cinsin fəallığının artması gender problemlərinin xarakterik xüsusiyyətləri kimi diqqəti cəlb edir.

Bütün bu problemlər dünyanın hər yerində olduğu kimi Azərbaycanda da bu və ya digər dərəcədə öz aktuallığını saxlamaqdadır. Odur ki, bu problemin elmi cəhətdən araşdırılmasına, onun həlli üçün elmi metodların işlənib hazırlanmasına ehtiyac vardır. Azərbaycan Universiteti tərəfindən təşkil edilən və mütəxəssislərin ciddi marağına səbəb olacaq “Gender problemi və müasir Azərbaycan” respublika elmi konfransının ideyası da məhz bu zərurətdən yaranmışdır.

Təşkilat komitəsi 

Sədr   

  • Səadət Əliyeva, Rektor, Azərbaycan Universiteti, Bakı, Azərbaycan  

Üzvlər 

  • Yusif Qasımov, prorektor, Azərbaycan Universiteti, Azərbaycan
  • Nüşabə Quliyeva, Azərbaycan Universiteti, Bakı, Azərbaycan
  • Əli Həsənov, Azərbaycan Universiteti, Bakı, Azərbaycan
  • Səfər Məmmədov, Azərbaycan Universiteti, Bakı, Azərbaycan
  • Lətifə Ağamalıyeva, Azərbaycan Universiteti, Bakı, Azərbaycan

Elmi istiqamətlər

  • Gender və tarix
  • Dində gender aspektləri
  • Müasir cəmiyyətin gender problemləri
  • Azərbaycanda gender demokratiyasının inkişafı
  • İqtisadi nəzəriyyənin gender aspekti
  • Gender tədqiqatlarının hüquqi aspektləri
  • Gender və mədəniyyət
  • Ədəbiyyatımızda gender problemi

Mühüm tarixlər

  • Məqalələrin son göndərilmə tarixi: 10 noyabr 2017-ci il

Plenar məruzəçilər

  • prof. Rəna İbrahimbəyova
  • prof. Asif Hacıyev

Müəlliflər üçün təlimatlar

  • Məqalələr azərbaycan, rus və ingilis dillərində qəbul edilir.
  • Təqdim olunan məqalə Microsoft Word proqramında yazılmalıdır. Həcm 5 səhifəyə qədər, format A4, şrift  Times New Roman, ölçü 14, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır.
  • Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir. Əgər material azərbaycan və ya rus dilində təqdim edilirsə, məqalənin sonunda ingilis dilində xülasə əlavə olunmalıdır.
  • Konfransa qeydiyyat haqqı 20 manatdır. 

Məqalənin strukturu aşağıdakı kimi olmalıdır:

  • Məqalənin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
  • Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 14)
  • Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 12)
  • Məqalənin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]). 
  • İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə və nömrələnməklə (kvadrat mötərizədə) verilir (ölçü 14).
  • Konfransda iştirak etmək istəyənlər tezislərini elm@au.edu.az ünvanına göndərə bilərlər.

Keçirilmə yeri və əlaqə

  • Azərbaycan Universiteti
    Ceyhun Hacıbəyli, 71
    Nəsimi rayonu, Bakı şəhəri,
    Azərbaycan Respublikası AZ1007
  • Tel: (+99412) 431 41 12/13/16/17 (daxili 160)
  • E-poçt: elm@au.edu.az