“Gender problemi və müasir Azərbaycan”
Respublika elmi-praktiki konfransı
23 noyabr, 2018-ci il
Müasir cəmiyyət nə qədər inkişaf etsə də, sosial və ictimai münasibətlər sistemi nə qədər təkmilləşsə də gender problemi qlobal problemlərdən biri kimi qalmaqdadır. Bu, müasir zamanda da insanlığı narahat edən, düşündürən məsələlərdən birinə çevrilib.
Qadının cəmiyyətdə sosial rolu getdikcə artır, bu gün ailənin, kişi və qadınların həyatında baş verən mühüm dəyişikliklər özünü açıq şəkildə göstərir, ideoloji dəyərlər dəyişir, yeni demokratik ideyalar meydana çıxır. Bütün bunlar, eyni zamanda cəmiyyətdə gedən ictimai-siyasi proseslərlə bağlı hər iki cinsin fəallığının artması gender problemlərinin xarakterik xüsusiyyətləri kimi diqqəti cəlb edir.
Bütün bu problemlər dünyanın hər yerində olduğu kimi Azərbaycanda da bu və ya digər dərəcədə öz aktuallığını saxlamaqdadır. Odur ki, bu problemin elmi cəhətdən araşdırılmasına, onun həlli üçün elmi metodların işlənib hazırlanmasına ehtiyac vardır. Azərbaycan Universiteti tərəfindən təşkil edilən və mütəxəssislərin ciddi marağına səbəb olacaq “Gender problemi və müasir Azərbaycan” respublika elmi konfransının ideyası da məhz bu zərurətdən yaranmışdır.
2017-ci ildə birincisi keçirilən konfrans gender bərabərliyinin təmin olunması sahəsində Azərbaycanın tanınmış alimlərini, həmçinin dövlət və QHT-lərin, region universitetləri daxil olmaqla ölkədə fəaliyyət göstərən əksər universitetlərin və AMEA-nın aidiyyəti institutlarının nümayəndələrini bir araya gətirib. Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək məqsədiylə keçirilən tədbirə göstərilən maraq və diqqətin nəticəsidir ki, 23 noyabr 2018-ci il tarixində konfransın ikincisi təşkil olunacaqdır.
Sədr
Üzvlər
Məqalənin strukturu aşağıdakı kimi olmalıdır.
Azərbaycan Universiteti
Ceyhun Hacıbəyli, 71
Nəsimi rayonu, Bakı şəhəri,
Azərbaycan Respublikası AZ1007
Gender problemi və müasir Azərbaycan - konfrans materialları