EVENTS
“Azərbaycan dünya təsərrüfatının müstəqil subyektidir” mövzusunda “Ən yaxşı tələbə elmi işi” müsabiqəsi elan edilir
17
04
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsi, Maliyyə və mühasibat kafedrası və fakültənin Tələbə Elmi Cəmiyyəti “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Universitetinin tələbələri arasında “Azərbaycan dünya təsərrüfatının müstəqil subyektidir” mövzusunda “Ən yaxşı tələbə elmi işi” müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi Azərbaycan Respublikasının dünya iqtisadiyyatında mövqeyi və beynəlxalq iqtisadi münasibətlərdə iştirakı sahəsində tələbələrin biliklərinin genişləndirilməsi və bu istiqamətdə əməli təkliflər hazırlanmasından ibarətdir.
Müsabiqəyə aşağıdakı istiqamətlər üzrə işlər təqdim edilə bilər:
- Dövlət suverenliyinin siyasi, iqtisadi və hüquqi əsasları
- Qloballaşma prosesləri və Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası
- Azərbaycan Respublikasının dünya təsərrüfatında mövqeyi
- Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrdə iştirakının əsas istiqamətləri
- Azərbaycan Respublikasının dünya enerji təhlükəsizliyində oynadığı rol
Daxil olan işlərin komissiya tərəfindən qiymətləndirilməsi kriteriyaları:
- İşin aktuallığı və elmi yeniliyi
- Tədqiqata yanaşmanın orijinallığı
- Görülmüş işin nəzəri və tətbiqi əhəmiyyəti
Qaliblərin təltif olunması:
- Qaliblərin təltif olunması mərasimi 20 sentyabr 2025-ci il tarixində, Dövlət Suverenliyi Günündə Azərbaycan Universitetində keçiriləcəkdir.
- Qaliblərə I, II və III dərəcəli diplomlar və hədiyyələr, bütün iştirakçılara sertifikat təqdim olunacaqdır.
- Müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilən ən yaxşı 3 elmi iş nəşr edilməsi üçün “Paradiqma” jurnalına təqdim ediləcəkdir.
Müsabiqənin şərtləri və müddəti:
- Müsabiqəyə təqdim olunacaq elmi işlər Microsoft Word proqramında hazırlanmalı, Azərbaycan dilində, titul vərəqi, mündəricat, giriş, əsas hissə, nəticələr və istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olmalıdır.
- İşin həcmi 6-10 səhifə arasında; format A4; şrift Times New Roman; ölçü 14; soldan 3 sm, sağdan, yuxarıdan, aşağıdan 2 sm; interval 1,5; abzas 1,25 olmalıdır.
- Müsabiqədə iştirak etmək istəyən tələbələr öz işlərini 25 iyun 2025-ci il tarixinə qədər elm@au.edu.az ünvanına göndərə bilərlər.
- Müsabiqə ilə bağlı bütün suallarla Maliyyə və mühasibat kafedrasına (3cü mərtəbə 412-ci otaq) müraciət etmək olar.
İctimaiyyətlə əlaqələr şöbəsi