NEWS
Sosial iş ixtisası üzrə əmək bazarının nümayəndələri ilə görüşlər davam edir
Azərbaycan Universiteti ilə Əmək Bazarı və Sosial Müdafiə məsələləri üzrə Milli Observatoriya arasında imzalanmış memorandum çərçivəsində universitetin Sosial işin təşkili kafedrasının rəhbər və pedaqoji heyəti ilə Milli Observatoriyanın əməkdaşları arasında görüş təşkil edilib.
Tədbirdə ali təhsil müəssisəsi ilə əmək bazarı arasında əlaqələrin gücləndirilməsi məqsədilə təhsil proqramlarının əmək bazarının tələblərinə uyğun şəkildə tənzimlənməsi, tələbələrin nəzəri və praktiki biliklərinin artırılması üçün dərslərin və dərsdənkənar fəaliyyətlərin daha səmərəli təşkili kimi məsələlər müzakirə olunub. Həmçinin, elmi tədqiqat fəaliyyətlərinə tələbələrin marağının artırılması və bu istiqamətdə dəstək mexanizmlərinin yaradılması, əmək bazarına uyğun peşəkar və rəqabətqabiliyyətli kadrların hazırlanması məsələlərinə toxunulub. Müzakirələr zamanı müvafiq ixtisas fənlərinin məzmununun təkmilləşdirilməsi və yeni yanaşmaların tətbiqi kimi mühüm məsələlər də diqqət mərkəzində olub.
Qeyd edək ki, qarşılıqlı əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən görüşdə gələcək birgə layihə və təşəbbüslər üçün yeni perspektiv sahələr də müəyyənləşdirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi