NEWS

“Diplomatik Masa” simulyasiya layihəsinin dördüncü görüşü keçirilib

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc Diplomatlar” klubu tərəfindən çempionat formatında həyata keçirilən “Diplomatik Masa” simulyasiya layihəsinin sayca dördüncü görüşü baş tutub. Budəfəki görüş dünya siyasətinin aktual mövzularından biri olan ABŞ–İran münasibətlərinə həsr olunub.

Tədbirdə üç əsas mövzu müzakirə olunub. İlk mərhələdə “Nüvə silahı ilə bağlı razılaşmanın əldə edilməsi perspektivləri”, ikinci mərhələdə “İranın Yaxın Şərqdə siyasi proseslərə müdaxiləsi və Bab əl-Məndab boğazı böhranı”, üçüncü mərhələdə isə “ABŞ–İran münasibətlərində yeni inkişaf dinamikası” mövzuları ətrafında diskussiyalar aparılıb.

Qeyd edək ki, layihə çərçivəsində keçirilən debatlar tələbələrin analitik düşüncə, arqumentasiya, siyasi təhlil və ictimai çıxış bacarıqlarını inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. “Diplomatik Masa” simulyasiyası universitetdə diplomatiya və beynəlxalq münasibətlər sahəsinə maraq göstərən gənclər üçün səmərəli platforma rolunu oynayır.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS