NEWS
Azərbaycan Universitetində akademik heyət üçün 2-ci təlim moduluna start verilib
Azərbaycan Universitetinin Təlim-Tədris Mərkəzi və Keyfiyyət təminatı şöbəsinin cari tədris ili ərzində universitetin akademik heyəti üçün planlaşdırdığı 2-ci təlim moduluna start verilib. 2-ci təlim modulu mərkəzin müdiri, peşəkar kurikulum təlimçisi Samir Salayev tərəfindən “Fənn təlim nəticələrini qiymətləndirmə suallarının və dərs tapşırıqlarının yoxlanılması” mövzusunda həyata keçirilir.
Əsasən praktik fəaliyyətlərlə müşayiət olunan təlimlər 2 həftə ərzində müxtəlif tarix və saatlarda 12 qrup üçün planlaşdırılıb və ilkin qeydiyyata əsasən Azərbaycan Universitetinin 100 nəfərə yaxın müəllimini əhatə edir.
Qeyd edək ki, Azərbaycan Universitetinin Təlim-Tədris Mərkəzi tərəfindən cari tədris ilinin ilk semestri ərzində akademik heyət üçün 4 təlim modulunun təşkili nəzərdə tutulub. Hər modulun sonunda xüsusi tapşırıqlarla qiymətləndirilən iştirakçılara uğurlu praktik bacarıqlarına əsasən sertifikat təqdim olunacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi