NEWS

Azərbaycan Universitetində abituriyentlər üçün “Açıq Qapı” günü keçirilib

Azərbaycan Universitetində abituriyentlər üçün “Açıq Qapı” günü təşkil olunub. Tədbirdə “EDU Company” təhsil şirkətinin Nərimanov, 28 May, Elmlər Akademiyası, Xalqlar Dostluğu, Xırdalan və Sumqayıt filiallarının nümayəndələri və abituriyentləri iştirak ediblər. 

Tədbir çərçivəsində 120-yə yaxın abituriyent və filial nümayəndələri üçün universitetdə infotur təşkil olunub, akt zalında universitet haqqında təqdimat edilib. 

Təqdimatda iştirakçılara Azərbaycan Universitetinin tarixi, tədris olunan ixtisaslar, mübadilə proqramlarında iştirak, tələbələr üçün yaradılan digər imkanlar, tələbə həyatı haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, “Açıq Qapı” günü tədbirinin məqsədi universitetin tədris mühiti, infrastrukturu, maddi-texniki bazası ilə abituriyentləri tanış etmək, onların peşə və ixtisas seçiminə dəstək göstərməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

                   


OTHER NEWS