NEWS
Azərbaycan Universiteti doktorantura və dissertanturaya qəbul elan edir
Azərbaycan Universiteti 2015-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 7, dissertanturaya isə 8 yer ayrılıb.
Sənəd qəbulu 30 oktyabr 2015-ci il saat 17:00-yə qədər Azərbaycan Universitetinin I tədris binasında, “Magistratura və doktorantura” şöbəsində aparılacaqdır. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul 05 -25 noyabr 2015-ci il tarixlərində keçiriləcəkdir.
Doktorantura üzrə qəbul elan olunan ixtisaslar:
İqtisad elmləri
İqtisadi fəaliyyət növləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Ümumi iqtisadiyyat 1nəfər – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Müəssisələrin təşkili və idarə olunması - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Tarix
Vətən tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Filologiya elmləri
Azərbaycan ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Fəlsəfə
Ümumi fəlsəfə - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Dissertantura üzrə qəbul elan olunan ixtisaslar:
İqtisad elmləri
İqtisadi fəaliyyət növləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Ümumi iqtisadiyyat 1nəfər – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Müəssisələrin təşkili və idarə olunması - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Tarix
Vətən tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Filologiya elmləri
Azərbaycan ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Folklorşünaslıq - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Fəlsəfə
Sosial fəlsəfə - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Tələb olunan sənədlər:
- Rektorun adına ərizə
- Kadrların şəxsiyyət və qeydiyyat vərəqi
- Tərcümeyi-hal
- 2 ədəd foto şəkil (3x4 sm ölçüdə)
- Çap olunmuş elmi əsərlərin siyahısı, yaxud referat
- İş yerindən xasiyyətnamə
- Əmək kitabçasından çıxarış (işləyənlər üçün)
- Ali təhsil haqqında diplomun surəti və diploma əlavə
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
- Diplomun əsli və şəxsiyyət vəsiqəsi şəxsən təqdim edilir.
Bir tədris ili üçün təhsil haqqı doktorantlar üçün 1200 AZN, dissertantlar üçün 1000 AZN-dir.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
09.10.2015