XƏBƏRLƏR
Azərbaycan Universiteti doktorantura və dissertanturaya qəbul elan edir
Azərbaycan Universiteti 2018-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.
Sənəd qəbulu 19 yanvar 2018-ci il saat 17.00-a qədər Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında, Magistratura və doktorantura şöbəsində aparılacaqdır.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı
İqtisad elmləri
- İqtisadi fəaliyyət növləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- İqtisadi nəzəriyyə – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Ümumi iqtisadiyyat - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Müəssisələrin təşkili və idarə olunması - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Tarix
- Vətən tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Filologiya elmləri
- Azərbaycan dili – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Azərbaycan ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Fəlsəfə
- Sosial fəlsəfə - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul planı
İqtisad elmləri
- İqtisadi fəaliyyət növləri - 1 nəfər, ödənişli əsaslarla
- Ümumi iqtisadiyyat 1nəfər – 1 nəfər, ödənişli əsaslarla
- Müəssisələrin təşkili və idarə olunması - 1 nəfər, ödənişli əsaslarla
- Sahə iqtisadiyyatı - 1 nəfər, ödənişli əsaslarla
Tarix
- Vətən tarixi - 1 nəfər, ödənişli əsaslarla
Filologiya elmləri
- Azərbaycan dili - 1 nəfər, ödənişli əsaslarla
- Azərbaycan ədəbiyyatı - 1 nəfər, ödənişli əsaslarla
- Dünya ədəbiyyatı - 1 nəfər, ödənişli əsaslarla
Fəlsəfə
- Sosial fəlsəfə - 1 nəfər, ödənişli əsaslarla
- Fəlsəfə tarixi - 1 nəfər, ödənişli əsaslarla
Tələb olunan sənədlərin siyahısı
- Rektorun adına ərizə
- Kadrların şəxsi qeydiyyat vərəqi
- Tərcümeyi-hal
- 4 ədəd fotoşəkil (3x4)
- İş yerindən xasiyyətnamə
- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış
- Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat
- Ali təhsil müəssisəsinin bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
Bir tədris ili üçün təhsil haqqı 1200 manatdır.
Daha ətraflı məlumat üçün
Magistratura və doktorantura şöbəsi
Tel: (+99412) 431 41 12 daxili 126
İctimaiyyətlə əlaqələr şöbəsi
27.12.2017
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində “29 imza…” sənədli filmi nümayiş olunub
23 oktyabr 2026
Azərbaycan Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22 oktyabr 2026
Sosial işin təşkili kafedrasında təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunluğu müzakirə olunub
20 oktyabr 2026
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi doktorant Tamella Abdiyevanın mühazirəsini təşkil edib
20 oktyabr 2026
Azərbaycan Universitetində Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
17 oktyabr 2026
Azərbaycan Universitetinin daha 16 tələbəsi PTE sertifikatını əldə edib
14 oktyabr 2026
