NEWS

Azərbaycan Universiteti fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

Azərbaycan Universiteti 2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir. Qəbul dövlət sifarişli və ödənişli əsaslarla  həyata keçirilir. Aşağıda qeyd olunan təhsil haqları ödənişli əsaslarla qəbul olanlar üçündür. 

Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir və 2 iyun 2025-ci il tarixində başa çatacaq. 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı 

  • Diferensial tənliklər, 1 yer, qiyabi, 1700 AZN
  • İqtisadi fəaliyyət növləri, 1 yer, qiyabi, 1700 AZN
  • Ümumi iqtisadiyyat, 1 yer, əyani, 3000 AZN
  • Müəssisələrin təşkili və idarə olunması, 1 yer, qiyabi, 1700 AZN
  • Sahə iqtisadiyyatı, 1 yer, qiyabi, 1700 AZN
  • Azərbaycan ədəbiyyatı, 1 yer, qiyabi, 1700 AZN
  • Dünya ədəbiyyatı (ingilis, alman, fransız), 1 yer, qiyabi, 1700 AZN
  • Sosial iş, 1 yer, qiyabi, 1700 AZN

Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavabları ilə BURADAN tanış ola bilərsiniz. 

Daha ətraflı məlumat üçün

  • Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
  • Tel.: (+99412) 431 41 12/13/16 (daxili 126), 050 268 38 00

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS