XƏBƏRLƏR
Azərbaycan Universiteti fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir
Azərbaycan Universiteti 2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir. Qəbul dövlət sifarişli və ödənişli əsaslarla həyata keçirilir. Aşağıda qeyd olunan təhsil haqları ödənişli əsaslarla qəbul olanlar üçündür.
Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir və 2 iyun 2025-ci il tarixində başa çatacaq.
Aşağıda qeyd olunan təhsil haqları ödənişli əsaslarla qəbul olan Azərbaycan vətəndaşları üçündür. Əcnəbi vətəndaşlar üçün təhsil haqqı 3000 AZN-dir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı
- Diferensial tənliklər, 1 yer, qiyabi, 1700 AZN
- İqtisadi fəaliyyət növləri, 1 yer, qiyabi, 1700 AZN
- Ümumi iqtisadiyyat, 1 yer, əyani, 3000 AZN
- Müəssisələrin təşkili və idarə olunması, 1 yer, qiyabi, 1700 AZN
- Sahə iqtisadiyyatı, 1 yer, qiyabi, 1700 AZN
- Azərbaycan ədəbiyyatı, 1 yer, qiyabi, 1700 AZN
- Dünya ədəbiyyatı (ingilis, alman, fransız), 1 yer, qiyabi, 1700 AZN
- Sosial iş, 1 yer, qiyabi, 1700 AZN
Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavabları ilə BURADAN tanış ola bilərsiniz.
Daha ətraflı məlumat üçün
- Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
- Tel.: (+99412) 431 41 12/13/16 (daxili 126), 050 268 38 00
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin nümayəndə heyəti Almaniyada təcrübə mübadiləsində iştirak edir
20 noyabr 2026
Dissertant Şəbnəm Xəlilzadənin dissertasiya işinin ilkin müzakirəsi keçirilib
20 noyabr 2026
Azərbaycan Universitetində süni intellekt alətlərinin elmi fəaliyyətə inteqrasiyası müzakirə olunub
19 noyabr 2026
Azərbaycan Universitetinin yeni akademik heyət üzvləri üçün dörd moduldan ibarət təlim təşkil olunub
17 noyabr 2026
Azərbaycan Universiteti AKTA-nın hesabat tədbirində təmsil olunub
17 noyabr 2026
Azərbaycan Universitetində türkiyəli alimin ustad dərsi təşkil olunub
16 noyabr 2026
