NEWS

Azərbaycan Universitetinin 2 tələbəsi yaz semestrində xaricdə təhsil alır

Azərbaycan Universitetinin 2 tələbəsi yaz semestrində xaricdə təhsil alır

15 april 2024

Baxış sayı: 135

Azərbaycan Universitetinin 2 tələbəsi “Erasmus+” tələbə mübadilə proqramı çərçivəsində təhsilini xaricdə davam etdirir. İqtisadiyyat ixtisası üzrə II kurs tələbəsi Nurlan Mədətxanov Türkiyənin Anadolu Universitetində, Marketinq (ingilis bölməsi) ixtisası üzrə II kurs tələbəsi Natəvan Pirili isə Almaniyanın Koblenz Universitetində təhsil alır. Erasmus tələbələri xaricdə təhsil haqqında təəssüratlarını saytımız ilə bölüşürlər. 

Nurlan Mədətxanov: “Erasmus bir gəncin həyatda maraqlı, rəngarəng və həyəcanlı təcrübələr yaşaya biləcəyi əvəzolunmaz platformadır. Erasmus tələbəsi olmaqla siz bilik və bacarıqlarınızı artıra, dil biliklərinizi inkişaf etdirə, fərqli mədəniyyətlərdən insanlarla tanış olub yeni dostluqlar qazana bilərsiniz. Bu proqram mənə tam da bunları yaşatdı. Həmçinin Türkiyəni daha yaxından tanımaq və kəşf etmək imkanı yaratdı”. 

Natəvan Pirili: “Almaniyada təhsil almaq mənim üçün çox səmərəli və maraqlı bir təcrübə oldu, həmçinin universitetin təhsil prosesi, tələbələr üçün yaradılan mühit  məni həqiqətən məmnun etdi. Burada təhsil almağın ən yaxşı tərəfi praktikaya üstünlük verilməsidir. Beynəlxalq tələbələrlə birlikdə təhsil almaq isə mənə dünyanın hər yerindən insanlarla tanış olmaq, mədəniyyətləri kəşf etmək və öyrənmək imkanı verir”. 

Qeyd edək ki, tələbələr növbəti tədris ilində Azərbaycan Universitetinə qayıdaraq təhsillərini burada davam etdirəcəklər.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS