NEWS
Azərbaycan Universitetinin əməkdaşları Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən konfransda iştirak ediblər
Azərbaycan Universitetinin İnformasiya - kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Riyaziyyat və informatika kafedrasının müəllimləri Bəhram Əzizov, Sədaqət Həsənova, Dünya Muradova, Lalə Rəşidova, laborant Aytən Ələkbərli, Kompüter mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi İbrahim Hüseynzadə Heydər Əliyev adına İnstitutda keçirilən “Azərbaycan Respublikasının inkişaf strategiyası: potensial imkanlar və yeni çağırışlar” respublika elmi-praktik konfransında iştirak ediblər. Konfrans Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunub.
35-ə yaxın universitet və elmi müəssisədən nümayəndənin iştirak etdiyi konfransın işi 5 bölmədə təşkil olunub. Riyaziyyat və informatika kafedrasının əməkdaşları konfransın müxtəlif bölmələrində məruzə ilə çıxış ediblər. Bəhram Əzizov, Sədaqət Həsənova və Aytən Ələkbərlinin həmmüəllif olduqları məruzə “Mərmi hərəkətinin problemlərinin əsas parametrlərinin və eniş anındakı partlayış sahəsinin hesablanması” mövzusunda olub. Lalə Rəşidovanın məruzəsi “Müasir döyüş əməliyyatlarının aparılmasında informasiya texnologiyalarının rolu” mövzusuna həsr olunub. Dünya Muradova və İbrahim Hüseynzadənin həmmüəllif olduqları “Blokçeyn texnologiyalarının təhsildə tətbiqi və faydaları. Təhlükəsizlik problemlərinin həllində bloçeynin üstünlükləri” adlı elmi məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Kompüter mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi İbrahim Hüseynzadənin ikinci məruzəsi isə “Hərbidə simulyasiya proseslərinin tətbiqi” mövzusunda olub.
İkigünlük tədbirin əsas məqsədi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan Respublikasının inkişaf strategiyasının müxtəlif istiqamətlərinin, inkişaf dinamikasının, o cümlədən, ölkə başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qoyduğu tələblərə müvafiq olaraq ordu quruculuğunda yeni yanaşmaların və perspektivlərin elmi-nəzəri əsaslarının öyrənilməsidir.
İctimaiyyətlə əlaqələr şöbəsi