NEWS

Əməkdaşımıza dosent elmi adı verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Siyasi və ictimai elmlər kaderasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinskiyə dosent elmi adı verilib. Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə əməkdaşımıza dosent diplomu təqdim olunub.

Elvin Talışinskini Azərbaycan Universitetinin kollektivi adından dosent elmi adı alması münasibətilə təbrik edir, elmi-pedaqoji və inzibati fəaliyyətində uğurlar arzu edirik!

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS