NEWS

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub

24 may 2017

Baxış sayı: 4661

Azərbaycan Universitetinin kitabxanasına son bir ay ərzində 600 nüsxəyə yaxın yeni kitab daxil olub.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və AMEA-nın İşlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007 – ci il 24 avqust tarixli sərəncamı ilə nəşr olunan 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, “Azərbaycan İncəsənəti və Memarlığı"  seriyası ilə çap olunmuş kitablar və  "Azərbaycan dilinin orfoqrafiya lügəti "  universitetin kitabxanasına hədiyyə edilib.

Son bir ay ərzində  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən kitabxana fonduna Azərbaycan dilçiliyi, ümumi dilçilik  problemləri ilə bağlı ədəbiyyatlar, monoqrafik əsərlər də hədiyyə edilib.             

İctimaiyyətlə əlaqələr şöbəsi
24.05.2017

OTHER NEWS