XƏBƏRLƏR
Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
Azərbaycan Universitetinin kitabxanasına son bir ay ərzində 600 nüsxəyə yaxın yeni kitab daxil olub.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və AMEA-nın İşlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007 – ci il 24 avqust tarixli sərəncamı ilə nəşr olunan 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, “Azərbaycan İncəsənəti və Memarlığı" seriyası ilə çap olunmuş kitablar və "Azərbaycan dilinin orfoqrafiya lügəti " universitetin kitabxanasına hədiyyə edilib.
Son bir ay ərzində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən kitabxana fonduna Azərbaycan dilçiliyi, ümumi dilçilik problemləri ilə bağlı ədəbiyyatlar, monoqrafik əsərlər də hədiyyə edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi
24.05.2017