NEWS

Tarixçi tələbələr “Arxeologiya” fənnindən növbəti dərsi Qobustanda keçdilər

Tarixçi tələbələr “Arxeologiya” fənnindən növbəti dərsi  Qobustanda keçdilər

24 may 2016

Baxış sayı: 4548

Azərbaycan Universiteti Humanitar fənlər fakültəsinin Tarix ixtisası üzrə təhsil alan I kurs tələbələri Qobustan dövlət qoruğunda olublar. Mühazirə - ekskursiya xarakterli səfər Vəfa Əhmədova tərəfindən tədris olunan “Arxeologiya” fənninin proqramına uyğun olaraq həyata keçirirlib.
Elmi ekskursiya tələbələrin Qobustan tarix muzeyini ziyarəti ilə başlayıb. Muzeyin zallarını gəzərək burada sərgilənən ekpozisiyalar ilə tanış olan tələbələrə kompleksin tərkibindəki Qobustan qayaüstü rəsimləri, mağaralar və digər arxeoloji abidələr haqqında maraqlı faktlar təqdim olunub.
Muzey ilə tanışlıqdan sonra tələbələr Qobustan qayalarına yollanaraq qayaüstü rəsmlər və digər abidələrlə də tanış olublar.
Qoruq ərazisində Yaponiya, İngiltərə, Almaniya, Orta Asiya respublikalarından olan turistlər tələbələrin diqqətini cəlb edib. Yolu Qobustana düşən əcnəbilər arasında təxminən 90 yaşında olan ingilis turist xanım isə hər kəsin diqqət mərkəzində olub.
Həm mühazirə - ekskursiya, həm də UNESCO-nun Ümumdünya maddi-mənəvi irs siyahısında olan Qobustan qoruğuna olan beynəlxalq maraq  tələbələr tərəfindən məmnuniyyətlə qarşılanıb. Ekskursiyada tələbələri Humanitar fənlər fakültəsinin dekanı dosent Səfər Məmmədov da müşayiət edib.
Qeyd edək ki, səfər “Auditoriya+” layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi tələbələrə öyrənməyin qeyri-ənənəvi metodlarını təqdim etməkdir.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
24.05.2016

OTHER NEWS