NEWS

Zafer Polat Koyuncunun tələbələr üçün seminarı təşkil edilib

Zafer Polat Koyuncunun tələbələr üçün seminarı təşkil edilib

18 march 2025

Baxış sayı: 35

Azərbaycan Universitetində Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə “Peşəkar həyatda doğru ifadə texnikaları” mövzusunda  seminar keçirilib. “Mind Up” təhsil və “MCW” konsultasiya şirkətlərinin qurucusu, rəhbəri və təlimçisi Zafer Polat Koyuncunun apardığı seminarda universitetin bir qrup magistratura tələbəsi ilə birlikdə mərkəzin direktoru Nüşabə Quliyeva, Karyera inkişafı departamentinin direktoru Kamran Rzayev, Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova, kafedranın pedaqoji heyəti də iştirak edib. 

Tədbirin əvvəlində “AZ Academy Group” MMC-nin rəhbəri, “Mind Up” təhsil və “MCW” konsultasiya şirkətlərinin Azərbaycandakı yeganə rəsmi nümayəndəsi və təlimçisi, pedaqoq və psixoloq Nurşən Qurbanova çıxış edərək qonağı iştirakçılara təqdim edib. Tədbirin mahiyyəti, məqsədi və əhəmiyyəti haqqında məlumat verən Nurşən Qurbanova mövzunun aktuallığını vurğulayıb və seminarın iştirakçılar üçün faydalı olacağına əminliyini ifadə edib.

Ardınca Zafer Polat Koyuncu tələbələrə akademik biliklərin real iş mühitində tətbiqi, iş dünyasında doğru strategiyalar ilə hədəfə çatmaq və irəliləmək, şəxsi və peşəkar inkişafı sürətləndirmək, vaxtı səmərəli idarə etmək, texnologiyadan faydalanma və bu kimi mövzularda məlumat verib, peşəkar iş mühitində qarşılaşdığı real keysləri, həmçinin öz həyat təcrübəsini tələbələrlə bölüşüb. 

Təqdimatı böyük maraqla qarşılayan tələbələr sonda məruzəçiyə mövzuya dair çoxsaylı suallar ünvanlayıblar. 

Tədbir mövzu ətrafında müzakirə və fikir mübadiləsi ilə yekunlaşıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

           

OTHER NEWS