Instructions for authors

Jurnala təqdim olunan məqalələr:

  • əvvəllər çap olunmamalı;
  • heç bir digər jurnala çap olunmaq üçün təqdim edilməməli;
  • 50 sözdən artıq olmayan xülasəyə, 4-dən az olmayan açar sözlərə malik olmalıdır.

Məqalələr Azərbaycan, rus və ya ingilis dillərində təqdim olunmalıdır.

Məqalə A4 formatında, Microsoft Word redaktorunda (Şrift –Times New Roman- 12, interval -1,5, səhifənin parametrləri – yuxarı -2 sm, aşağı -2 sm, soldan -2.5 sm, sağdan 2.5 sm) yığılmalıdır.

Məqalələr çapa hazırlanarkən yerləşdirilmiş NÜMUNƏ formatına ciddi riayət olunmalıdir. 

Ədəbiyyat siyahısı əlifba sırası ilə yazılmalı və özündə məqalənin mövzusunu əhatə edən yeni alınmış nəticələri əks etdirməlidir.

Məqalənin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1] və ya [2, s.22]).

Məqalənin sonunda məqalənin başlığı, müəlliflərin adı, soyadı, xülasə və açar sözlər ingilis dilində əlavə olunmalıdır.

Jurnalın ildə  dörd nömrəsi nəşr olunur:  mart,  iyun, sentyabr və dekabr. 

Müəlliflər məqalələri paradigma@au.edu.az elektron ünvanına göndərə bilərlər.