Rəyləşdirmə prosesi
Jurnalın redaksiyasına təqdim olunan elmi məqalələr mütəxəssislər tərəfindən qiymətləndirilir. Jurnalda rəyləşdirmə prosesi qapalıdır: rəyçilər tam gizli saxlanılır.
Əlyazma daxil olduqdan sonra ilkin olaraq aparıcı redaktor tərəfindən aşağıdakı kriteriyalar üzrə yoxlanılır:
İlkin baxış mərhələsində məqalədə çatışmazlıq aşkar edildiyi zaman yenidən işlənməsi üçün müəlliflərə qaytarıla bilər. Bundan sonra məqalələr növbəti mərhələdə rəyçilərin təyin olunması üçün baş redaktora göndərilir.
Məqalənin qiymətləndirilməsi zamanı rəyçilər aşağıdakı meyarlara əməl etməlidirlər:
Elmi çap etikası
Jurnalın redaksiya heyəti çapolunmuş elmi məqalələrin ən yüksək keyfiyyətini təmin etməyə çalışır və Elmi Nəşr Etikası Komitəsinin (COPE) prinsiplərinə və tövsiyələrinə əməl edir.
Plagiat əleyhinə yoxlama siyasəti
Jurnala təqdim edilən məqalələr plagiat proqramı vasitəsilə yoxlanılır. Plagiat vəya öz-özünü plagiatda şübhəli bilinən bütün məqalələr dərhal rədd edilir.
Maraqların toqquşması
Müəllif məqalə təqdim edərkən potensial maraq toqquşmalarının mövcudluğu barədə məlumat verməlidir.
Rəyçilər məqalənin qiymətləndirilməsi zamanı meydana çıxan maraqların istənilən toqquşması haqqında redaktorları dərhal məlumatlandırmalıdırlar. Belə maraq toqquşmaları rəyçi ilə eyni kollektivdən olan müəllifin, yaxud əvvəlki vəya hazırki tələbəsinin, elmi rəhbərinin, yaxud digər yaxın münasibətdə olduğu müəllifin məqaləsini rəyləşdirmək xahiş olunduqda yarana bilər. Digər tip konflikt məqalə müəllifinin rəyçi ilə eyni qrant müsabiqəsində rəqib olduqda yarana bilər. Bu hallarda rəyçi məqaləni rəyləşdirməkdən imtina etməlidir.