Filologiya (Azərbaycan dili və ədəbiyyatı)


  • İxtisasın adı: Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
  • İxtisas qrupu: III
  • Fakültə: Humanitar fənlər
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2700 AZN

Azərbaycan xalqının XX əsrdə dəfələrlə ağır sınaqlara məruz qalması Azərbaycan dili və ədəbiyyatının qorunması və zirvələrə qaldırılması üçün dərin bilikli və həssas ürəkli yüksək ixtisas sahiblərinin - filoloqların hazırlanmasını tələb edir. Azərbaycan Universitetində Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının tədrisinə məsul Azərbaycan dili və ədəbiyyat kafedrası diqqətini məhz bu məqsədin həyata keçirilməsinə yönəldib.

Filologiya ixtisasının mahiyyəti Azərbaycan dilinin tarixinin əsas mərhələlərini, xronologiyasını bilən, dövlət dilində sərbəst danışan, düzgün yazı vərdişlərinə yiyələnən, öz peşə fəaliyyətini təşkil edən, ixtisas səviyyəsini daim artıran, işin nəticəsinə görə məsuliyyəti öz üzərinə götürməyi bacaran, peşə vəzifəsini əxlaqi normalara və xidməti etikaya uyğun yerinə yetirən kadr potensialının yaradılması, güclü tədris intizamının formalaşdırılmasından ibarətdir. Filoloq isə Azərbaycan dilinin tarixini, ədəbi dilin gözəlliyi və zənginliyini, Azərbaycan mədəniyyətini dil vasitəsilə qoruyub saxlayan mütəxəssisdir.

İxtisası tədris edən Azərbaycan dili və ədəbiyyat kafedrasına təlim prosesinin yüksək səviyyədə təmin olunması üçün təcrübəli, Azərbaycan elmində müstəsna rolu olan 5 professor, elmlər doktoru; 16 dosent, elmlər namizədi cəlb olunub. Ümumilikdə isə kafedranın müəllimlərinin hər biri öz ixtisas sahəsində dərin elmi biliklərə, zəngin tədqiqatçılıq, pedaqoji və praktiki təcrübəyə malikdirlər.

Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi ümumtürk mədəniyyəti və dünya ədəbiyyatı kontekstində təqdim olunur. Bu, univeristetin məzunlarına gələcəkdə Azərbaycan ədəbiyyatını və mədəniyyətini ümumbəşəri kontekstdə tədqiq edə bilmək imkanı verir. Bununla yanaşı, Filoloq müvafiq ixtisas üzrə tədqiqatçı kimi işləməklə yanaşı gələcəkdə Türkoloq və Azərbaycanşünas kimi də fəaliyyət göstərə bilər. Bu məqsədlə tədris planında nəzərdə tutulmuş fənlərdən əlavə humanitar elmin müxtəlif sahələri ilə bağlı kafedranın müəllim və magistrantları üçün nəzərdə tutulmuş elmi seminarlar tədrisin təşkili və kurikulumun inkişafında önəmli rola malikdir.

Tələbələr 4 illik təhsilləri boyunca elmi-tədqiqat təcrübəsi keçmək üçün elmi-tədqiqat müəssisələrinə və ali məktəblərə göndərilir. Təcrübə rəhbəri həmin tələbələrin təşkilatlardakı fəaliyyətinə rəhbərlik edir, tələbələrin təcrübə yerindən mümkün qədər çox faydalanması üçün onları qəbul edən təşkilatlarla danışıqlar aparılır.
Abituriyentlər Azərbaycan Universitetini seçdikləri halda ixtisas üzrə bilikləri sırf ədəbi mütəxəssislərdən öyrənəcək, interaktiv dərslərin iştirakçısı olacaq və Azərbaycan dili və ədəbiyyatı ixtisası mütəxəssinə lazım olan bütün bilik və bacarıqlara sahib olacaqlar.

Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.