İqtisadiyyat

  • İxtisasın adı: İqtisadiyyat
  • İxtisas qrupu: II
  • Fakültə: Biznes və iqtisadiyyat
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili, ingilis dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2200 AZN
  • Təhsil haqqı: İngilis bölməsi, əyani – 2500 AZN

Bu ixtisasa qəbul həm Azərbaycan, həm də ingilis bölməsi üzrə aparılır. İngilis bölməsinə qəbul olan tələbələrin təhsil müddəti ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla 5 ildir.

İqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələr mərkəzi, regional və yerli idarəetmə orqanlarında, istehsal və xidmət sferasına daxil olan müəssisələrdə, sosial sferada və digər təşkilatlarda işləmək üçün lazım olan bilik və bacarıqları öyrənirlər. Bu ixtisas üzrə təhsil almış bakalavrlar dövlət idarəetməsi, sosial siyasət, strateji və operativ planlaşdırma, əməyin təşkili, insan resurslarının idarə edilməsi, əmlak məsələləri üzrə və digər fəaliyyət sahələrində çalışa bilərlər.

İqtisadiyyat ixtisasını əldə etmiş mütəxəsislər informasiya texnologiyalarının istehsalın idarə edilməsi proseslərində tətbiqi və istifadə edilməsi, istehsal müəssisələrində əməyin təşkili və insan resurslarının idarə edilməsi, xidmət sferasının təşkili və idarə edilməsi, aqrar münasibətləri və bu sferanın inkişaf perspektivləri, investisiya layihələrinin qiymətləndirilməsi və idarə edilməsi kimi bilik və bacarıqlara sahib olurlar. 

İqtisadiyyat ixtisasının tədris qrafikini Azərbaycan bölməsi üçün BURADAN yükləyə bilərsiniz.

İqtisadiyyat ixtisasının tədris qrafikini ingilis bölməsi üçün BURADAN yükləyə bilərsiniz.