Sosial iş


Sosial iş ixtisası üzrə bakalavriat təhsili

  • İxtisasın adı: Sosial iş
  • İxtisas qrupu: III
  • Fakültə: Humanitar fənlər 
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Təhsilin müddəti və forması: 5 il (10 semestr), qiyabi
  • Tədrisin dili: Azərbaycan dili, ingilis dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 3000 AZN
  • Təhsil haqqı: İngilis bölməsi, əyani – 2700 AZN
  • Təhsil haqqı: Azərbaycan bölməsi, qiyabi – 2000 AZN

Sosial iş ixtisası nədir və nəyi öyrənir?

Sosial iş təcrübəyə, o cümlədən sosial dəyişiklik və inkişafı, habelə insanların səlahiyyət və azadlıqlarının dəstəkləyən akademik tədrisə əsaslanan bir peşədir. İnsan haqları, kollektiv məsuliyyət, eləcədə müxtəlifliyə hörmət prinsipi sosial işin mərkəzində dayanır.

Təhsil

Sosial iş ixtisasında təhsil alanlar  sosial işin nəzəriyyəsi və tarixi, hüquqi təminatı, iqtisadi əsasları, müasir sosial rifah nəzəriyyələri kimi biliklərə yiyələnirlər. Onlar müxtəlif  qrup vətəndaşlar  üçün yaradılmış sosial müdafiə orqanlarında, klinikalarda, reabilitasiya mərkəzlərində təcrübə keçirlər.

İxtisasın perspektivliyi

Sosial iş müasir şəraitdə ən çox tələb olunan və dinamik inkişaf edən peşələrdən biridir. Cəmiyyətdə baş verən sosial dəyişikliklər, onlara həvalə olunmuş tapşırıqları  tez və səriştəli yerinə yetirə biləcək yüksək ixtisaslı mütəxəssislər tələb edir. Eləcə də, müxtəlif kateqoriyalı insanlarla işləyə bilən və öz peşə fəaliyyətləri ilə cəmiyyətə müsbət təsir göstərən yüksək səviyyəli mütəxəssislərə ehtiyac vardır. 

Karyera imkanları

Sosial işçi peşəsi çox istiqamətli və çoxşaxəlidir. Bu mütəxəssislər həm dövlət sosial siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində, həm də və qeyri-kommersiya sektorlarında işləyə bilərlər. 

Sosial iş ixtisasına yiyələnənlərin potensial  iş yerləri

  • Dövlət və bələdiyyə strukturları
  • Tibbi qayğı müəssisələri
  • Ailə və uşaq rifahı mərkəzləri
  • Reabilitasiya mərkəzləri
  • Günərzi qayğı mərkəzləri
  • Təhsil və tərbiyə müəssisələri
  • Beynəlxalq və yerli QHT-lər
  • Xeyriyyə təşkilatları 

Sosial iş ixtisasının (Əyani) tədris qrafikini BURADAN yükləyə bilərsiniz .

Sosial iş ixtisasının (Qiyabi) tədris qrafikini BURADAN yükləyə bilərsiniz. 


Sosial iş ixtisası üzrə magistratuta təhsili

  • Sosial iş ixtisası üzrə magistratura proqramı (060805) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq qanunvericilik aktlarına uyğun hazırlanmışdır. 
  • Proqramın müddəti 2 ildir, 4 semestrdən ibarətdir və 120 kreditlik bir tədris planını əhatə edir.
  • Əyani formada tədris olunan proqram sosial iş sahəsində tələbələrin peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək məqsədini güdür. Bu proqramı uğurla başa vuran tələbələr aşağıdakı sahələrdə yüksək bilik və bacarıqlara yiyələnirlər:
  • Tələbələr sosial işin tarixi və inkişafı, nəzəriyyəsi və müxtəlif metodoloji yanaşmaları dərindən öyrənirlər. Onlar, xüsusən informasiya cəmiyyəti şəraitində sosial proseslərin tənzimlənməsi və idarə edilməsi sahəsində müasir yanaşmaların tətbiqi bacarıqlarını qazanırlar.
  • Proqram, tələbələrə sosial prosesləri düzgün təsəvvür etməyi, onların göstəricilərini qiymətləndirməyi və idarə etmək üçün proqnozlar verməyi öyrədir. Tələbələr həmçinin, sosial işin müxtəlif sahələrində tədqiqat aparmağı, müasir texnologiyalardan istifadə etməklə elmi tədqiqatlar hazırlamağı öyrənirlər. 
  • Tələbələr, sosial qrupların və birliklərin maraqlarını nəzərə alaraq sosial problemlərin həlli üçün təkliflər hazırlamağı, müəssisə və təşkilatlarda sosial xarakterli məsələləri öyrənməyi və müstəqil tədbirlər hazırlamağı öyrənirlər. 
  • Tələbələr, sosial proqramların, layihələrin və tədbirlərin həyata keçirilməsi sahəsində nəzəri və praktiki biliklər qazanırlar. Sosial işin müxtəlif sahələrində effektiv strategiyaların hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi üçün tələbələrə geniş imkanlar təqdim edilir.
  • Tələbələr elmi-tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi bacarıqlarını inkişaf etdirirlər. Onlar sosial iş sahəsində elmi tədqiqatlar aparmaq, elmi hesabatlar və sənədlər hazırlamaqla yanaşı, tədris prosesində də elmi-metodiki işlərin təmin edilməsində peşəkar biliklərə yiyələnirlər.

Magistratura proqramı iki əsas ixtisaslaşma üzrə tədris olunur

  • İxtisaslaşmanın adı: Həyat fəaliyyətinin müxtəlif sahələrində Sosial iş
    Bu ixtisaslaşma, sosial işin müxtəlif sahələrində, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə tətbiqinə dair dərslər və praktiki təcrübə təqdim edir.
  • Fakültə: Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
  • Təhsilin səviyyəsi: Magistratura 
  • Təhsilin müddəti və forması: 2 il (4 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Magistr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2200 AZN
  • Təhsil haqqı: Azərbaycan bölməsi (əcnəbi tələbələr üçün) – 3400 AZN

Həyat fəaliyyətinin müxtəlif sahələrində Sosial iş ixtisaslaşmasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz .

  • İxtisaslaşmanın adı: Gənclərlə iş
    Bu ixtisaslaşma, gənclərin sosial inkişafı, onların problemləri ilə işləmə metodları və gənclərlə sosial işin təkmilləşdirilməsi sahəsində nəzəriyyə və praktiki bacarıqlar öyrədir.
  • Fakültə: Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
  • Təhsilin səviyyəsi: Magistratura 
  • Təhsilin müddəti və forması: 2 il (4 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Magistr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2200 AZN
  • Təhsil haqqı: Azərbaycan bölməsi (əcnəbi tələbələr üçün) – 3400 AZN

Gənclərlə iş ixtisaslaşmasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz .