NEWS

Azərbaycan Universitetinin tələbələri Beynəlxalq Multikulturalizm Məktəbində iştirak edib

Azərbaycan Universitetinin tələbələri Beynəlxalq Multikulturalizm Məktəbində iştirak edib

18 march 2025

Baxış sayı: 25

Azərbaycan Universitetinin Biznes və İqtisadiyyat fakültəsinin tələbələri Eldar Məmmədov (Azərbaycan), Cherif Lahgazi (Mərakeş) və İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbəsi Ali Ahmed (Pakistan) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Müxtəliflik və bərabərlik: inklüziv gələcəyin qurulması” mövzusuna həsr olunmuş XVI Beynəlxalq Multikulturalizm Məktəbində iştirak ediblər.

Bakı şəhəri ilə yanaşı Quba və Qusar rayonlarında da fəaliyyət göstərən və 21 ölkədən 25 tələbənin iştirak etdiyi Multikulturalizm Məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc, yanaşı yaşaması haqqında ətraflı məlumat verilib. Məktəb müddətində iştirakçılar üçün mühazirələr, seminarlar və müzakirələr, “Öz xalqını təqdim et” mövzusunda musiqili axşamlar, Şahdağ Qış-Yay Turizm Kompleksinə ekskursiya təşkil olunub. 

İştirakçılar Quba Soyqırımı Memorial Kompleksi, Qırmızı qəsəbə, Dağ Yəhudiləri Muzeyi ilə tanış olub, “Giləki” sinaqoqunu ziyarət ediblər. Quba və Qusar səfəri iştirakçılara Azərbaycanın multikultural ənənələrini və dini-etnik müxtəlifliyini daha yaxından öyrənmək imkanı verib. 

Bakıda isə onlar Heydər məscidində, Rus Pravoslav Kilsəsində, Müqəddəs Məryəm Katolik kilsəsində, Tolerantlıq Evində oldular. Bu ziyarətlər tələbələrə Azərbaycanın dini müxtəlifliyi necə qoruduğunu və bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını əyani şəkildə göstərib. 

Proqramın sonunda tələbələrə iştirakçı sertifikatı təqdim edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS