NEWS

APFM Azərbaycan Universitetində “Mühasibatlıq prizmasında maliyyə hədəfləri” mövzusunda seminar keçirib

APFM Azərbaycan Universitetində “Mühasibatlıq prizmasında maliyyə hədəfləri” mövzusunda seminar keçirib

16 april 2025

Baxış sayı: 71

Azərbaycan Universitetində Peşəkar Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşəbbüsü, Biznes və İqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə tələbələr üçün “Mühasibatlıq prizmasında maliyyə hədəfləri” mövzusunda seminar keçirilib. 

Tədbiri fakültənin dekan müavini Nahid Almasov açaraq seminarın məruzəçiləri haqqında məlumat verib. Dekan müavini bu kimi tədbirlərin tələbələrin nəzəri biliklərini praktik aspektlərlə birləşdirmək baxımından əhəmiyyətini xüsusi vurğulayıb. Ardınca APFM-in İdarə Heyətinin sədri Nuriyyə Novruzova çıxış edərək seminarın mövzusunun aktuallığını qeyd edib və tələbələrin nəzəri biliklərinin zənginləşməsinə verəcəyi töhfələri diqqətə çatdırıb. 

Daha sonra iştirakçılar seminarın əsas məruzəçisi İstehlak Mallarının Ekspertiza Mərkəzinin Maliyyə və təsərrüfat departamentinin müdiri Emin Kazımovun çıxışını dinləyiblər. 

Emin Kazımov məruzəsində maliyyə və mühasibatlıq arasındakı qarşılıqlı əlaqələrdən bəhs edib. O, mühasibatlıqda maliyyə hədəflərinin müəyyənləşdirilməsi, maliyyə vəziyyətinin yaxşılaşdırılması, şirkətin idarə olunması və maliyyə sabitliyinin təmin olunması kimi mövzulara toxunub. Məruzədə qeyd olunub ki, mühasibatlıq maliyyə hədəflərinin təyini, izlənməsi və təhlilində əsas rol oynayır. Mühasibatlıq məlumatları şirkətə maliyyə qərarlarını düzgün qəbul etmək üçün əhəmiyyətli göstəricilər təqdim edir.  

İnteraktiv formatda təşkil edilən tədbir, sual-cavab və müzakirələr şəklində davam edib.

Sonda seminarda fəal iştirak edən tələbələrə APFM-in hədiyyələri təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS