NEWS
Biznes və iqtisadiyyat fakültəsində rəqəmsal marketinq mövzusunda seminar keçirilib
Azərbaycan Universitetində Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün “Kontakt Home”un Rəqəmsal marketinq şöbəsinin rəhbəri Sabir Camalın təqdimatında “İqtisadiyyatda gələcəyin peşələri: rəqəmsal marketinq” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə İqtisadiyyat və idarəetmə kafedrasının müdiri Tural Qocayev açaraq, qonağı tələbələrə təqdim edib və fəaliyyəti barədə məlumat verib. Ardınca kafedranın nəzdində fəaliyyət göstərən Gənc iqtisadçılar klubunun rəhbəri, Marketinq ixtisası üzrə II kurs tələbəsi Nəzrin Məmmədzadə “Gələcəyin iqtisadiyyatının tələbləri” mövzusunda araşdırmasını tələbələrə təqdim edib.
Daha sonra “Kontakt Home”un Rəqəmsal marketinq şöbəsinin rəhbəri Sabir Camal tələbələrlə marketinqdə gələcəyin trendləri ilə bağlı interaktiv söhbət aparıb, Marketinq sahəsində istifadə olunan A/B testlərinin mahiyyətini real nümunələrlə izah edib.
Sonda tələbələrin seminar mövzusuna dair sualları cavablandırılıb.
Seminar İqtisadiyyat və idarəetmə kafedrasının nəzdində fəaliyyət göstərən Gənc İqtisadçılar klubunun təşkilatçılığı ilə keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi