NEWS

Azərbaycan Universitetində 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Universitetində 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

25 june 2024

Baxış sayı: 148

Azərbaycan Universitetində Siyasi və ictimai elmlər kafedrasının təşəbbüsü ilə  26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “İlham Əliyev və müasir Azərbaycanda ordu quruculuğu siyasəti” mövzusunda tədbir keçirilib. 

Tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi  bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski çıxış edərək bildirib ki,  güclü maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Silahlı Qüvvələri cənab prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl, rasional və məqsədyönlü siyasi strategiya nəticəsində formalaşıb. Xüsusilə 44 günlük Vətən müharibəsində 30 ilə yaxın müddət ərzində erməni işğalı altında olan torpaqların azad edilməsi, Azərbaycan xalqının və əsgərinin Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək dünya hərb tarixində yeni və parlaq səhifə açması ordu quruculuğunun yüksək səviyyədə həyata keçirildiyini sübut edir.  “Bütün bunlar Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir”, – deyə kafedra müdiri diqqətə çatdırıb. 

Daha sonra kafedranın müəllimi Samir Hümbətov Azərbaycan Respublikasının xarici siyasətində müdafiə qabiliyyətininin təsirləri haqqında məruzə ilə çıxış edib. Samir Hümbətov məruzəsində Ulu Öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildiyini vurğulayıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS