NEWS

Azərbaycan Universitetinin tələbələri “Parlaq zəka” yarışında I yerə layiq görülüb

Azərbaycan Universitetinin tələbələri (Rəsul Dadaşov, TGT sədri, Dövlət və ictimai münasibətlər, III kurs;  Əlağa Əzizli, Dövlət və ictimai münasibətlər, III kurs;  Fidan Sarayeva, Dövlət və ictimai münasibətlər, III kurs;  Səid Məmmədli, Dövlət və ictimai münasibətlər, III kurs;  Xalid Qafarov, Dövlət və ictimai münasibətlər, III kurs;  Eltun Xudiyev, İnformasiya təhlükəsizliyi, tədris ingilis dilində, I kurs; Firuzə Abdullayeva, İqtisadiyyat, I kurs) ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Parlaq zəka” adlı universitetlərarası intellektual yarışda I yerə layiq görülüb. 

İntellektual yarış Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə təşkil edilib. Yarışda Azərbaycan Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Milli Aviasiya Akademiyası, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin komandaları iştirak edib. 

Yarışın nəticələrinə əsasən II yerə Milli Aviasiya Akademiyasının, III yerə isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandası layiq görülüb. Qalib komandalara hədiyyə təqdim edilib, komanda üzvləri diplomla təltif olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS