NEWS

Beynəlxalq əlaqələr şöbəsi “Erasmus+” mübadilə proqramı haqqında infosessiya təşkil edib

Beynəlxalq əlaqələr şöbəsi “Erasmus+” mübadilə proqramı haqqında infosessiya təşkil edib

03 april 2024

Baxış sayı: 205

Azərbaycan Universitetinin Beynəlxalq Əlaqələr şöbəsi və Təlim və Tədris Mərkəzi (TLC) tərəfindən tələbələr üçün  “Erasmus+” KA1 tələbə və müəllim mübadilə layihəsi haqqında  infosessiya keçirilib.

Tədbirdə şöbənin müdiri Elmira İsmayılova və əməkdaşı Sevlan Qurbanova tələbələrə Azərbaycan Universitetinin layihə çərçivəsində tərəfdaş olduğu universitetlər, layihəyə müraciət şərtləri, tələb olunan sənədlər və müraciət tarixləri haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, hazırda Azərbaycan Universitetinin iki tələbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində yaz semestrində xaricdə təhsil alır.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS