NEWS

Sonuncu kurs tələbələri üçün “Şəxsi inkişaf və karyerada inkişaf” mövzusunda təlim təşkil olunub

Sonuncu kurs tələbələri üçün “Şəxsi inkişaf və karyerada inkişaf” mövzusunda təlim təşkil olunub

04 june 2024

Baxış sayı: 126

Biznes və iqtisadiyyat fakültəsinin Beynəlxalq ticarət və logistika, Biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan IV kurs tələbələrinə “Şəxsi inkişaf və karyerada inkişaf” mövzusunda təlim təşkil olunub. Tələbələr “Karyera planlaması” fənninin növbəti mühazirəsini  Layihələrin idarə edilməsi üzrə PMP (Project Management Professional) sertifikatlı təlimçi Ayan Etibardan dinləyiblər.

Qonaq əvvəlcə tələbələrə karyera planlaşdırılması və peşəkar inkişaf planının hazırlanması haqqında ətraflı məlumat verib, tövsiyələrini çatdırıb. Ardınca isə iştirakçılara real keyslər təqdim olunub. Tələbələr qruplara bölünərək keyslər üzərində çalışıb, müzakirə aparıblar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində təşkil olunub.

 İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS