NEWS

Tələbələrin hazırladığı “TEC App” mobil tətbiqinin müzakirəsi təşkil olunub

Tələbələrin hazırladığı “TEC App” mobil tətbiqinin müzakirəsi təşkil olunub

05 april 2024

Baxış sayı: 206

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən hazırlanan “TEC App” mobil tətbiqinin müzakirəsi təşkil olunub. Təqdimat mərasimindən əvvəl keçirilən müzakirə-görüşdə tətbiqin strukturu və istifadə qaydası haqqında məlumat verilib. 

Müzakirə-görüşdə tətbiqin hazırlanmasında iştirak edən tələbələr, universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov, dekanlar, kafedra və şöbə müdirləri, tələbələr iştirak edib. Görüşdə mobil tətbiqində yer alan məlumatlar və istifadə qaydalarına dair müzakirələr aparılıb, işçi qrupa tələbələrə təklif və tövsiyyələr verilib.

Qeyd edək ki, tətbiqin əsas məqsədi fakültələr üzrə tələbə elmi cəmiyyətlərinin fəaliyyətinə dair məlumatın əlçatanlığının təmin edilməsidir. Tətbiq hazırda test məqsədilə fəaliyyət göstərir. 

Tətbiqin hazırlanmasında iştirak edən tələbələr:

  • Sənan İsmayılov (Kompüter mühəndisliyi, III kurs)
  • Nadir Məmmədov (Kompüter mühəndisliyi, III kurs)
  • Yunis Bədəlov (İnformasiya təhlükəsizliyi, II kurs)
  • Ziba Hüseynli (İnformasiya təhlükəsizliyi, III kurs)
  • Əlihüseyn Mirzəyev (Kompüter mühəndisliyi, III kurs)
  • Nurlan İsayev (Kompüter mühəndisliyi, III kurs)
  • Ülkər Veyisova (Kompüter mühəndisliyi, I kurs)
  • Nurlan Güləliyev (Kompüter mühəndisliyi, I kurs)
  • Fidan Abbaszadə (İnformasiya texnologiyaları I kurs)

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS