NEWS

“Yaşıl dünya naminə” bilik yarışının qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamını rəhbər tutaraq və Azərbaycan Universitetinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq tələbələr arasında təşkil olunan bilik yarışının qalibi “Green Guardians” komandasının üzvləri mükafatlandırılıb. Komandanın kapitanı Şirxan Aslanov (Dövlət və ictimai münasibətlər, III kurs), üzvlər Əlağa Əzizli (Dövlət və ictimai münasibətlər, III kurs), Marina Nasibova (Maliyyə, tədris ingilis dilində, IV kurs), Cümşüd Ələkbərov (Biznesin idarə edilməsi, tədris ingilis dilində, IV kurs) və Eltun Xudiyev (İnformasiya təhlükəsizliyi, tədris ingilis dilində, I kurs) kubok, sertifikat və hədiyyə ilə təltif olunublar. 

Qeyd edək ki, tələbələrin ekoloji savadlılığının artırılması, iqlim dəyişmələrinin ortaya çıxardığı fəsadlar və təhlükələr haqqında məlumat əldə etmələrini təmin etmək və onları bu sahədəki mövcud ədəbiyyatı mütaliəyə yönləndirmək məqsədilə təşkil olunan yarışda 8 komanda (Ekologiya, Green Guardians, Flora Force, Harmoniya, Yaşıl gələcək, Yaşıl planet, Xarıbülbül və  Yaşıl dünyamız) iştirak edib. Hər komanda 1 nəfər kapitan olmaqla 5 üzvdən ibarət olub.

İctimaiyyətlə əlaqələr şöbəsi



OTHER NEWS