Çap siyasəti

Rəyləşdirmə prosesi

Jurnalın redaksiyasına təqdim olunan elmi məqalələr mütəxəssislər tərəfindən qiymətləndirilir. Jurnalda rəyləşdirmə prosesi qapalıdır: rəyçilər tam gizli saxlanılır.

Əlyazma daxil olduqdan sonra ilkin olaraq aparıcı redaktor tərəfindən aşağıdakı kriteriyalar üzrə yoxlanılır:

  • materialın jurnalın profilinə uyğunluğu; 
  • məqalənin hazırlanma qaydalarının uyğunluğu;
  • müəlliflər arasında maraqların toqquşması barədə məlumatların mövcudluğu;
  • işin etik standartlara uyğunluğu; 
  • materialın plagiat sistemində yoxlanması.

İlkin baxış mərhələsində məqalədə çatışmazlıq aşkar edildiyi zaman yenidən işlənməsi üçün müəlliflərə qaytarıla bilər. Bundan sonra məqalələr növbəti mərhələdə rəyçilərin təyin olunması üçün baş redaktora göndərilir.

Məqalənin qiymətləndirilməsi zamanı rəyçilər aşağıdakı meyarlara əməl etməlidirlər:

  • mövzunun aktuallığı;
  • əsərin orijinallığı, əldə edilmiş məlumatların yeniliyi;
  • ədəbiyyat icmalının tamlığı və düzgünlüyü;
  • materialların və metodların təsvirinin tamlığı;
  • tədqiqat metodlarının seçilməsinin adekvatlığı;
  • statistik təhlilina dekvatlığı;
  • nəticələrin müəyyən olunmuş tədqiqat məqsədlərinə uyğunluğu;
  • alınan məlumatların qiymətləndirilməsinin mövcudluğu;
  • nəticələrin etibarlılığı;
  • işinnəticələrin elmi əhəmiyyəti;
  • işin nəticələrinin praktik əhəmiyyəti;
  • materialın təqdimatının aydınlığı (cədvəllərin, rəqəmlərin olması);
  • mövzuya uyğun bütün əhəmiyyətli nəşrlərə istinadların mövcudluğu;
  • xülasənin keyfiyyəti və açar sözlərin seçilməsinin düzgünlüyü;
  • işin etik standartlara uyğunluğu;
  • nəticələrin korrektliyi və təqdim edilməsinin düzgünlüyü.

Elmi çap etikası

Jurnalın redaksiya heyəti çapolunmuş elmi məqalələrin ən yüksək keyfiyyətini təmin etməyə çalışır və  Elmi Nəşr Etikası Komitəsinin (COPE) prinsiplərinə və tövsiyələrinə əməl edir.

Plagiat əleyhinə yoxlama siyasəti

Jurnala təqdim edilən məqalələr plagiat proqramı vasitəsilə yoxlanılır. Plagiat vəya öz-özünü plagiatda şübhəli bilinən bütün məqalələr dərhal rədd edilir.

Maraqların toqquşması

Müəllif məqalə təqdim edərkən potensial maraq toqquşmalarının mövcudluğu barədə məlumat verməlidir.

Rəyçilər məqalənin qiymətləndirilməsi zamanı meydana çıxan maraqların istənilən toqquşması haqqında redaktorları dərhal məlumatlandırmalıdırlar. Belə maraq toqquşmaları rəyçi ilə eyni kollektivdən olan müəllifin, yaxud əvvəlki vəya hazırki tələbəsinin, elmi rəhbərinin, yaxud digər yaxın münasibətdə olduğu müəllifin məqaləsini rəyləşdirmək xahiş olunduqda yarana bilər. Digər tip konflikt məqalə müəllifinin rəyçi ilə eyni qrant müsabiqəsində rəqib olduqda yarana bilər. Bu hallarda rəyçi məqaləni rəyləşdirməkdən imtina etməlidir.