İdman fəaliyyətləri

Azərbaycan Universitetində həm tələbələrin, həm də professor-müəllim heyəti və inzibati işçilərin iştirak edə biləcəyi müxtəlif turnir və idman yarışları təşkil olunur. Universitetin futbol, şahmat, cüdo, sərbəst güləş, dama üzrə komandaları respublika yarışlarında müvəffəqiyyətlə çıxış edir.
Məşqçilər tərəfindən ali təhsil müəssisələri arasında keçirilən müsabiqələrdə Azərbaycan Universitetini təmsil edən tələbələrin hazırlanmaları təmin edilir, ölkədaxili və ölkəxarici müsabiqələrdə ölkəmizi təmsil edən tələbələrə dəstək verilir.

Ənənəvi şahmat turniri – Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Ənənəvi şahmat turniri hər ilin dekabr ayında keçirilir. Müsabiqəyə 2013-cü ildə start verilib.
Şahmat və Dama üzrə Bahar Turniri– Novruz bayramı ərəfəsində keçirilir.
Fakültələrarası Futbol Turniri – Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı tərəfindən hər il may ayında təşkil olunur.
Fəxrəddin Qurbanlı adına futbol turniri – Sosial iş fakültəsi tərəfindən təşkil olunur. Müsabiqəyə 2016-cı ildə start verilib. Turnir, Azərbaycan ordusunun şəhid əsgəri, Azərbaycan Universitetinin 2015-ci il məzunu Fəxrəddin Qurbanlının xatirəsinə həsr olunur.

2016/2017-ci tədris ilinin idman fəaliyyətləri

2015/2016-cı tədris ilinin idman fəaliyyətləri

2014/2015-ci tədris ilinin idman fəaliyyətləri

ABUNƏ OL

s52s