Sosial iş - magistratura

SOSİAL İŞ İXTİSASI ÜZRƏ MAGİSTRATURA TƏHSİLİ

Sosial iş ixtisası üzrə magistratura proqramı (7008003) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq qanunvericilik aktlarına uyğun hazırlanmışdır. 

Əyani formada tədris olunan proqram sosial iş sahəsində tələbələrin peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək məqsədini güdür. Bu proqramı uğurla başa vuran tələbələr aşağıdakı sahələrdə yüksək bilik və bacarıqlara yiyələnirlər:

Tələbələr sosial işin tarixi və inkişafı, nəzəriyyəsi və müxtəlif metodoloji yanaşmaları dərindən öyrənirlər. Onlar, xüsusən informasiya cəmiyyəti şəraitində sosial proseslərin tənzimlənməsi və idarə edilməsi sahəsində müasir yanaşmaların tətbiqi bacarıqlarını qazanırlar.

Proqram, tələbələrə sosial prosesləri düzgün təsəvvür etməyi, onların göstəricilərini qiymətləndirməyi və idarə etmək üçün proqnozlar verməyi öyrədir. Tələbələr həmçinin, sosial işin müxtəlif sahələrində tədqiqat aparmağı, müasir texnologiyalardan istifadə etməklə elmi tədqiqatlar hazırlamağı öyrənirlər. 

Tələbələr, sosial qrupların və birliklərin maraqlarını nəzərə alaraq sosial problemlərin həlli üçün təkliflər hazırlamağı, müəssisə və təşkilatlarda sosial xarakterli məsələləri öyrənməyi və müstəqil tədbirlər hazırlamağı öyrənirlər. 

Tələbələr, sosial proqramların, layihələrin və tədbirlərin həyata keçirilməsi sahəsində nəzəri və praktiki biliklər qazanırlar. Sosial işin müxtəlif sahələrində effektiv strategiyaların hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi üçün tələbələrə geniş imkanlar təqdim edilir.

Tələbələr elmi-tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi bacarıqlarını inkişaf etdirirlər. Onlar sosial iş sahəsində elmi tədqiqatlar aparmaq, elmi hesabatlar və sənədlər hazırlamaqla yanaşı, tədris prosesində də elmi-metodiki işlərin təmin edilməsində peşəkar biliklərə yiyələnirlər.

Sosial iş üzrə magistratura proqramı çərçivəsində məzunlar dövlət qurumlarında, bələdiyyələrdə, sosial xidmət mərkəzlərində, təhsil və səhiyyə müəssisələrində, eləcə də sosial müdafiə, icma inkişafı və gənclər siyasəti sahəsində fəaliyyət göstərən qeyri-hökumət və beynəlxalq təşkilatlarda geniş məşğulluq imkanlarına malikdirlər.

Xüsusilə, məzunlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində, ASAN xidmət mərkəzlərində, həmçinin sosial və gənclər siyasətinin həyata keçirilməsini təmin edən digər dövlət qurumlarında və uyğun təşkilatlarda fəaliyyət göstərə bilərlər.

SOSİAL İŞ İXTİSASININ TƏHSİL PROQRAMI (2012)

SOSİAL İŞ İXTİSASININ TƏHSİL PROQRAMI (2025)

Sosial iş ixtisasının magistratura səviyyəsi üzrə Azərbaycan Universitetində tədris iki ixtisaslaşma üzrə həyata keçirilir:

1. Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş

Proqramın müddəti 2 ildir, 4 semestrdən ibarətdir və 120 kreditlik tədris planını əhatə edir. Təhsil müddətində magistrlik dissertasiyasının hazırlanması və müdafiəsi nəzərdə tutulur. Proqramı uğurla başa vuran məzunlar təhsillərini doktorantura səviyyəsində davam etdirmək hüququ əldə edirlər.

Həyat fəaliyyətinin müxtəlif sahələrində Sosial iş ixtisaslaşması

Bu ixtisaslaşma, sosial işin müxtəlif sahələrində, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə tətbiqinə dair dərslər və praktiki təcrübə təqdim edir.

Fakültə: Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi

Təhsilin səviyyəsi: Magistratura 

Təhsilin müddəti və forması: 2 il (4 semestr), əyani

Tədrisin dili: Azərbaycan dili

Məzuna verilən ixtisas dərəcəsi: Magistr

Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2200 AZN

Təhsil haqqı: Azərbaycan bölməsi (əcnəbi tələbələr üçün) – 3400 AZN

Tədris planı (2017)

Tədris planı (2025)

2. Gənclərlə iş*

Proqramın müddəti 1,5 ildir, 3 semestrdən ibarətdir və 90 kreditlik tədris planını əhatə edir. Bu ixtisaslaşma üzrə magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulmur. Proqramı bitirən məzunlar doktorantura səviyyəsində təhsillərini davam etdirmək hüququna malik deyillər.

Bu ixtisaslaşma, gənclərin sosial inkişafı, onların problemləri ilə işləmə metodları və gənclərlə sosial işin təkmilləşdirilməsi sahəsində nəzəriyyə və praktiki bacarıqlar öyrədir.

Fakültə: Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi

Təhsilin səviyyəsi: Magistratura 

Təhsilin müddəti və forması: 2 il (4 semestr) / 1.5 il (3 semestr), əyani

Tədrisin dili: Azərbaycan dili

Məzuna verilən ixtisas dərəcəsi: Magistr

Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2200 AZN

Təhsil haqqı: Azərbaycan bölməsi (əcnəbi tələbələr üçün) – 3400 AZN

Tədris planı (2020)

Tədris planı (2025)