Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş 
"CÜMHURİYYƏT İDEOLOGİYASI KONTEKSTİNDƏ FİLOLOGİYA ELMİ" RESPUBLİKA KONFRANSI
06 Aprel 2018, Azərbaycan Universiteti

2018-ci ildə müsəlman Şərqində yaranmış ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. 28 may 1918-ci il tarixində elan olunmuş Cümhuriyyətin qələbə çalması uzun bir dövrün məhsulu olmuşdur. Mirzə Fətəli Axundzadə Qərbi Avropa ədəbiyyatının janr sistemini (dramaturgiyasının, nəsrinin) və xüsusilə yeni düşüncə tərzini Azərbaycana gətirməklə yeni  milli mədəniyyətimizin və gələcək müstəqilliyimizin ideologiyasının təməlini qoymuşdur.

Bədii söz sənətində cümhuriyyət ideologiyasının hazırlanmasında Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlının əlahiddə rolu olmuşdur. XIX əsrin ortalarından başlayaraq milli mənlik uğrunda gedən mübarizənin bütün tendensiyaları, o cümlədən, ədəbi-bədii fikrin fəaliyyəti Məmməd Əmin Rəsulzadənin yaradıcılığında birləşmişdir.

Bu baxımdan 16 may 2017-ci il tarixili Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını nəzərə alaraq Azərbaycan Universiteti 2018-ci ilin aprel ayının 6-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi” mövzusunda respublika  konfransı keçirməyi planlaşdırır.

Konfransın məqsədi Azərbaycan dövlətçiliyinin və  mədəniyyətinin formalaşmasında mühüm rol oynamış cümhuriyyətin kontekstində filoloji fikrimizin keçdiyi yolu və uğurlarını üzə çıxarıb dəyərləndirmək, bu məsələlərin həllinə gənc tədqiqatçıları cəlb etmək, onların potensialını mövcud problemlərin həllinə yönəltməkdir.

The 100th anniversary of the Azerbaijan Democratic Republic will be celebrated in 2018 that is the first secular democratic state created in the Muslim East.

The victory of the Republic, proclaimed on May 28, 1918, has been a product of a long period. Mirza Fatali Akhundzadeh applying the genre system of Western European literature (drama, prose) and especially  a new way of thinking in Azerbaijan, laid the foundation for the ideology of our new national culture and future independence.

Jalil Mammadguluzadeh, Mirza Alekper Sabir, Uzeyir Hajibeyov and Jafar Jabbarli played an important role in the development of the republican ideology of artistic word. Since the mid-19th century, all struggle trends for national identity, including literary and artistic ideas, have been united in the work of Mammad Amin Rasulzadeh.

In this regard, taking into  account the Presidential Decree on the 100th anniversary of the Azerbaijan Democratic Republic on May 16, 2017, Azerbaijan University plans to hold a national conference on "Philology in the context of the Republican ideology" on April 11, 2018.

The purpose of the conference is to expose and evaluate the path and success of our philosophical thoughts in the context of the Republic, which has played an important role in the formation of Azerbaijani statehood and culture, attracting young researchers to solve these issues and their potential to address existing problems.