NEWS

Azərbaycan Universitetində Tərcümə və Filologiya ixtisasları üzrə təhsil proqramlarının müzakirəsi keçirilib

Azərbaycan Universitetində Tərcümə və Filologiya ixtisasları üzrə  təhsil proqramlarının müzakirəsi keçirilib

03 july 2025

Baxış sayı: 338

Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin təşəbbüsü, Tərcümə və filologiya kafedrasının təşkilatçılığı ilə Tərcümə və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasları üzrə bakalavriat səviyyəsində tətbiq olunan təhsil proqramlarının müzakirəsi keçirilib.

Görüşdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Nizami Məmmədov, Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov, dekan müavini Günay İsmayılova, Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva, kafedranın müəllimləri Hüseyn Hüseynli, Xəyalə Cəfərova iştirak ediblər.

Görüş zamanı təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması, tədris planlarında nəzərdə tutulan fənlərin aktuallığı, praktiki vərdişlərin artırılması, dil və ədəbiyyatın tədrisində innovativ metodların tətbiqi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, əmək bazarının tələbləri nəzərə alınaraq, Tərcümə və Filologiya ixtisaslarında təhsil alan tələbələrin peşəkar bacarıqlarının inkişaf etdirilməsi üçün yeni yanaşmalar və istiqamətlər təklif olunub.

Görüş qarşılıqlı faydalı əməkdaşlığın qurulması və tələbələrin praktik biliklərinin artırılması baxımından məhsuldar müzakirələrlə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS