NEWS
Rəvan İdrisli Beynəlxalq İkili Diplom Proqramını fərqlənmə ilə bitirib
Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti arasında həyata keçirilən Beynəlxalq İkili Diplom Proqramının ilk tələbəsi Rəvan İdrisli proqramı fərqlənmə ilə bitirib. MBA proqramının tədrisi ingilis dilində aparılan marketinq ixtisaslaşması üzrə təhsil alan Rəvan İdrisli magistr dissertasiyasını Tuscia Universitetində uğurla müdafiə edib.
Qeyd edək ki, proqram Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti arasında imzalanmış müqavilə ilə təsis olunub. Müddəti 2 il olan proqram 3+1 modelinə əsaslanır. Proqrama qəbul olan tələbələr I, II və III semestrlərdə Azərbaycan Universitetində, IV semestrdə isə İtaliyanın Tuscia Universitetində təhsil alırlar. Tələbələrin İtaliyanın Tuscia Universitetində təhsil aldıqları dövrdə təhsil və nəqliyyat xərcləri Azərbaycan Universiteti tərəfindən qarşılanır. Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə magistr dərəcəsi verilir, Azərbaycan və Tuscia universitetlərinin diplomları təqdim olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi