NEWS

Azərbaycan Universitetində “Ulduz Tələbə” layihəsinə start verilir

Azərbaycan Universitetində “Ulduz Tələbə” layihəsinə start verilir

03 july 2025

Baxış sayı: 394

Semestrin ulduzu sən ol!

Azərbaycan Universitetində sentyabr ayından “Ulduz Tələbə” layihəsinə start verilir.  Layihənin məqsədi akademik biliyi, sosial fəallığı, şəxsi inkişafı ilə fərqlənən çalışqan və istedadlı tələbələri kəşf etmək, onların uğurlarını geniş ictimaiyyətə təqdim etməkdir.  Layihə bakalavriat tələbələrinə şamil olunur.

Ulduz tələbələr hər imtahan sessiyası başa çatandan sonra semestrin nəticələrinə uyğun olaraq hər fakültə üzrə 1 nəfər olmaqla Münsiflər Heyəti tərəfindən seçiləcək. 

Ulduz tələbələr seçildikləri semestr müddətində hər ay 100 AZN təqaüd alacaqlar. 

Münsiflər Heyəti dekanlıqların təqdim etdiyi namizədləri aşağıdakı meyarlar əsasında 100 ballıq şkala üzrə qiymətləndirəcək:

  • ‎Akademik göstəricilərinə görə - 30 bal (əvvəlki semestr üzrə GPA 81+ və təkrar dərs və ya akademik borcun olmaması)
  • Elmi fəaliyyətinə görə - 20 bal (elmi konfranslarda iştirak etməsi, məqalə və ya tezis dərc etdirməsi, Tələbə Elmi Cəmiyyəti və digər elmi-tədqiqat qruplarında aktiv iştirak)
  • Sosial və ictimai fəaliyyətinə, xüsusi bacarıqları, nümayəndəlik və liderlik keyfiyyətlərinə görə - 20 bal (Sosial fəaliyyətlərdə aktivliyi, təşəbbüskarlığı və məsuliyyəti ilə seçilən, könüllülük fəaliyyəti və xeyriyyə təşəbbüslərində iştirak, incəsənət sahəsində uğurlar, idman nailiyyətləri və s.)
  • Xarici dil və rəqəmsal bacarıqlarına görə - 20 bal (professional inkişafı üçün universitet öhdəliklərindən əlavə bilik və bacarıqları formalaşdıran təlimlərdə, beynəlxalq təcrübə proqramlarında iştirak, ən azı bir xarici dil üzrə beynəlxalq sertifikat (IELTS, TOEFL və s.), İKT üzrə sertifikat
  • İntizam və nümunəvi davranış - 10 bal (Universitetin tələbələr üçün nəzərdə tutulmuş nizam-intizam qaydalarına riayət etməsi, Universitetin nüfuzuna, mənəvi dəyərlərinə zidd hərəkətlər etməməsi, müəllim və tələbə kollektivləri arasındakı nüfuz və hörməti və s.)

Bəlkə də bu semestrin ulduzu sənsən!

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS