NEWS
Latviya Probasiya Xidmətinin Sosial iş tələbələri ilə görüşü keçirilib
Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə təhsil alan II kurs tələbələri Latviyanın Dövlət Probasiya Xidməti ilə keçirilən onlayn görüşdə iştirak ediblər. Görüş Sosial işin təşkili kafedrası tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Onlayn görüşə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti, Sosial Xidmətlər Agentliyi, Ümidli Gələcək Gənclər Təşkilatının nümayəndələri də qoşulub.
“Risk və ehtiyacların qiymətləndirilməsi alətləri, icma nəzarəti və qrup şəklində reabilitasiya proqramları” mövzusuna həsr olunan görüşdə iştirakçılara mövzu haqqında ətraflı məlumat verilib, Latviyada probasiya xidmətinin təşkili və bu ölkənin probasiya təcrübəsi müzakirə olunub.
Tədbirin məqsədi probasiya sahəsində beynəlxalq təcrübə ilə tanış olmaq və yerli sosial xidmət sahəsindəki fəaliyyətlərin təkmilləşdirilməsinə töhfə verməkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi