NEWS

Hindistanın Jindal Global Universitetinin nümayəndələri ilə görüş keçirilib

Hindistanın Jindal Global Universitetinin nümayəndələri ilə görüş keçirilib

05 march 2025

Baxış sayı: 54

Hindistanın Jindal Global Universitetinin (O.P. Jindal Global University) nümayəndə heyəti Azərbaycan Universitetini ziyarət edib. Əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə Jindal Global Universitetini  İnstitusional irəliləyiş və strateji qlobal əlaqələr ofisinin direktoru Rahul Bhandari və Reytinqlər, bençmarkinq və institusional transformasiya ofisinin baş meneceri Swapnil Bhosale, Azərbaycan Universitetini isə elmi işlər üzrə prorektor Yusif Qasımov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova və şöbənin mütəxəssisi Sevlan Qurbanova təmsil edib. 

Görüşdə tərəflər təmsil etdikləri ali təhsil müəssisələrinin fəaliyyəti, tədris olunan ixtisaslar, beynəlxalq əlaqələr, mübadilə proqramlarında iştirak, elmi fəaliyyət və aktivlik haqqında məlumat verib, əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparıblar. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS