NEWS
Tələbələr üçün IELTS imtahanı haqqında infosessiya keçirilib
Azərbaycn Universitetinin tələbələri üçün Barratson şirkətinin nümayəndələrinin iştirakı ilə IELTS imtahanı haqqında infosessiya keçirilib. İnfosessiya tələbələrin beynəlxalq təhsil imkanları ilə daha yaxından tanış olması məqsədilə təşkil olunub.
Tədbirdə Barratson şirkətinin inkişaf üzrə meneceri Qalib Abbaszadə tələbələrə şirkətin fəaliyyəti, xaricdə təhsil sahəsində təqdim etdiyi imkanlar, Xaricdə təhsil üzrə eksperti Bəhman Hacıyev beynəlxalq sertifikatların əmək bazarında qazandırdığı üstünlükləri haqqında məlumat verib. IELTS imtahanları üzrə supervayzer Şahmar Həsənov isə IELTS imtahanı, imtahanın strukturu, istiqamətləri, imtahana hazırlıq, imtahanın keçirilməsi, nəticələrin elan olunması kimi məlumatları diqqətə çatdırıb.
İnfosessiya tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.
Qeyd edək ki, infosessiya Xarici dillər kafedrası ilə Tərcümə və filologiya kafedrasının birgə təşkilatçılığı ilə keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi