NEWS

Azərbaycan Universiteti beynəlxalq təhsil və karyera sərgisində iştirak edib

Azərbaycan Universiteti beynəlxalq təhsil və karyera sərgisində iştirak edib

09 march 2025

Baxış sayı: 27

Azərbaycan Universiteti 6-7 mart tarixlərində İsveçrənin "Institute for Peace and Dialogue" (Sülh və Dialoq İnstitutu) tərəfindən “Radisson Hotel Baku”da təşkil olunan beynəlxalq təhsil və karyera sərgisində iştirak edib. 

Universitetin stendinə müraciət edən ziyarətçilərin sualları cavablandırılıb, Azərbaycan Universiteti haqqında ətraflı məlumat verilib. 

Sərgidə Azərbaycanla yanaşı Qətər, Türkiyə, Rumıniya, Almaniya kimi ölkələrdən  universitet və təhsil sahəsində xidmət göstərən şirkətlər iştirak edib. Tədbirin əsas məqsədi təhsil sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsinin aparılması və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi olub.

Sərgidə iştirakçılar arasında yeni əməkdaşlıqlar qurulub və müxtəlif ölkələrdən olan təhsil sahəsinin nümayəndələri arasında gələcək layihələrə dair razılıq əldə edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS