NEWS
Doktorant Zöhrə Eyyubovanın ilkin müzakirəsi keçirilib
Tərcümə və filologiya kafedrasının iclasında doktorant Zöhrə Kamil qızı Eyyubovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Amerika ədəbiyyatı və Herman Melvill yaradıcılığında dəniz” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Tərcümə və filologiya kafedrasının müdiri Gülnar Rzayevanın sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib.
Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.
Doktorantın elmi rəhbəri filologiya elmləri doktoru, professor Qorxmaz Quliyevdir.
İctimaiyyətlə əlaqələr şöbəsi