NEWS
Magistratura tələbələri üçün doktorantura təhsilinə dair vebinar keçirilib
Azərbaycan Universitetinin magistratura səviyyəsində təhsil alan tələbələri üçün dövlət proqramının doktorantı Tamella Abdiyeva tərəfindən “Xaricdə doktorantura təhsilinə haradan başlamalı?” mövzusunda vebinar keçirilib. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən vebinarda doktorant “Nə üçün doktorantura təhsili almaq istəyirəm?”, “Haradan başlamalı?” sualları ətrafında çıxış edib, öz təcrübəsini magistrantlarla bölüşüb.
Tamella Abdiyeva çıxışında doktoranturada təhsil müddəti, xaricdə doktorantura təhsili almaq üçün əsas tələblər, qəbula qədərki və qəbuldan sonrakı proseslər, təqaüd imkanları, dövlət proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət qaydaları kimi məsələlərə də aydınlıq gətirib.
İctimaiyyətlə əlaqələr şöbəsi