NEWS

Azərbaycan Universitetinin tələbələri süni zəka sessiyasında iştirak ediblər

Azərbaycan Universitetinin tələbələri süni zəka sessiyasında iştirak ediblər

04 november 2025

Baxış sayı: 37

ASAN İnnovativ İnkişaf Mərkəzinin “AI Zone” otağında Azərbaycan Universitetinin müəllim və tələbə heyəti üçün faydalı süni zəka alətləri ilə bağlı infosessiya təşkil olunub. Sessiyanın məqsədi süni zəka alətlərindən effektiv istifadəni dəstəkləmək, iştirakçıların süni zəka bacarıqlarının inkişaf etdirilməsi və iş prosesinin optimallaşdırılmasıdır. 

Müəllim və tələbələrin süni zəka texnologiyalarını mənimsəməsinə, gündəlik tədris, elmi və inzibati proseslərdə tətbiq etməsinə yönələn sessiyada süni zəka haqqında ümumi məlumat verilib, səmərəliliyi artıran süni zəka alətləri, yaradıcı süni zəka alətləri ilə işləmənin qaydaları təqdim olunub. Sessiyada həmçinin tədris prosesi, təqdimat və dərs planı üçün süni zəka alətləri tanıdılıb, süni zəka alətlərindən istifadə zamanı diqqət yetirilməli olan hüquqi, etik və məsuliyyət prinsipləri izah olunub.

Sessiyada Biznes və iqtisadiyyat fakültəsinin Marketinq və Mühasibat ixtisaslarında təhsil alan bir qrup tələbəsi iştirak edib. Tələbələrə İqtisadiyyat və idarəetmə kafedrasının müəllimləri Ruhəngiz Əliyeva və Ülviyyə Mehdiyeva rəhbərlik edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS