NEWS

Azərbaycan Universitetində “Kibertəhlükəsizlik üzrə Maarifləndirmə Ayı” çərçivəsində tədbir keçirilib

Azərbaycan Universitetində “Kibertəhlükəsizlik üzrə Maarifləndirmə Ayı” çərçivəsində tədbir keçirilib

03 november 2025

Baxış sayı: 28

Azərbaycan Universitetində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və üzv şirkəti olan Cybernetics MMC-nin birgə təşkilatçılığı ilə “Kiberdələduzluqla mübarizə, rəqəmsal təhlükəsizlik və maarifləndirmə” mövzusunda tədbir keçirilib. Tədbir “Kibertəhlükəsizlik üzrə Maarifləndirmə Ayı” çərçivəsində təşkil olunub. 

Tədbiri giriş sözü ilə Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev açaraq, qonaqları təqdim edib, mövzunun əhəmiyyəti barədə danışıb.

Ardınca Cybernetics şirkətinin əməkdaşları Sevinc Rəcəbli, Ruslan Murtuzov və Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasının müəllimi Mehran Hematiyar rəqəmsal mühitdə təhlükələrin tanınması, sosial mühəndislik və kiberdələduzluq hallarına qarşı mübarizə yolları, eləcə də rəqəmsal gigiyena və təhlükəsiz davranış vərdişləri mövzularında təqdimatla çıxış ediblər.  

 “Onlayn təhlükəsiz qal” şüarı altında keçirilən tədbir interaktiv şəkildə, viktorinalar, sual-cavab sessiyaları və müzakirələrlə davam edib. Sonda fəal iştirakçılara AKTA və Cybernetics MMC tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Kibertəhlükəsizlik üzrə Maarifləndirmə Ayı”nın məqsədi gənclərin rəqəmsal təhlükəsizlik sahəsində biliklərini artırmaq, universitetlərdə kiber klubları real kibertəhdidlər barədə maarifləndirmək və bu sahəyə maraq göstərən tələbələri peşəkar inkişaf istiqamətində dəstəkləməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS