NEWS

Azərbaycan Universitetində “Sağlam gənclik – güclü gələcək” adlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Universitetində “Sağlam gənclik – güclü gələcək” adlı maarifləndirici tədbir keçirilib

04 november 2025

Baxış sayı: 15

Azərbaycan Universitetində Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubunun təşəbbüsü ilə “Sağlam gənclik – güclü gələcək” adlı maarifləndirici tədbir keçirilib. Tədbirin qonağı “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyinin rəhbəri Nail Kəmərli olub. Tədbir narkotik vasitələrə qarşı mübarizə və gənclər arasında sağlam həyat tərzinin təşviqi məqsədilə həyata keçirilib.

Tədbiri giriş sözü ilə klubun sədr müavini, Sosial iş ixtisası üzrə II kurs tələbəsi Fuad Cabbarzadə açaraq mövzunun aktuallığından bəhs edib. Daha sonra klubun ideya müəllifi Ayxan Şahbazsoy və Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova çıxış edərək narkomaniyanın günümüzdə geniş vüsət alaraq cəmiyyəti narahat edən ağrılı problemə çevrildiyinə diqqət çəkib, gənclərin maarifləndirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirin qonağı Nail Kəmərli rəhbərlik etdiyi ictimai birliyin fəaliyyəti və narkotik asılılığının zərərləri haqqında məlumat verib. Qonaq narkotik asılılığının insanı məhvə sürüklədiyini qeyd edib, insanlara fiziki, psixi və mənəvi cəhətdən qalıcı zərər yetirdiyini bildirib. Nail Kəmərli çıxışının ardından mövzu ilə bağlı hazırladığı videoçarxları nümayiş etdirib və diskussiya aparıb.

Tədbirdə narkotik asılılığından azad olmuş şəxs də iştirak edib. O, tələbələr ilə öz təcrübəsini bölüşüb, gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

Tədbir interaktiv müzakirə formatında davam edib.  

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS