NEWS

Tələbə mübadilə proqramlarının üstünlüklərinə dair infosessiyalar davam edir

Tələbə mübadilə proqramlarının  üstünlüklərinə dair infosessiyalar davam edir

03 november 2025

Baxış sayı: 34

Azərbaycan Universitetində Beynəlxalq əlaqələr şöbəsinin təşəbbüsü və təşkilatçılığı  ilə tələbə mübadilə proqramlarına dair maarifləndirici infosessiyalar davam edir. Növbəti belə tədbir Biznes və iqtisadiyyat fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC) ilə birgə təşkil olunub. İnfosessiyada fakültənin bir qrup tələbəsi iştirak edib. 

Tədbirdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova tələbə mübadilə proqramları barədə ətraflı məlumat təqdim edib. Fakültənin TEC sədri Aytən Aslanova, baş katibi Aygül Fərhadzadə və üzvü Nəzrin Məmmədzadə mübadilə proqramlarının üstünlükləri və əhəmiyyəti barədə məlumat veriblər. Daha sonra tələbə mübadilə proqramı çərçivəsində Almaniyanın Koblenz Tətbiqi Elmlər Universitetində bir semestr müddətində təhsil alan Natavan Pirili və Umud Elmar xaricdə təhsil təcrübəsini və təəsüratlarını iştirakçılar ilə bölüşüblər. 

İnfossesiya sualların cavablandırılması ilə yükunlaşıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS