Bakalavriat pilləsi üzrə qəbul aparılan ixtisaslar

Abituriyentlərin nəzərinə!

Azərbaycan Universiteti 2019/2020-ci tədris ili üçün bakalavriat pilləsinə qəbul elan edir. Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır. Bütün ixtisaslara DÖVLƏT SİFARİŞİ ilə (pulsuz) qəbul mümkündür.

Qəbul aparılan ixtisasların siyahısı aşağıdadır.

I qrup

  • Kompüter mühəndisliyi – 20 yer (2500 manat)
  • İstehlak mallarının ekspertizası və marketinqi – 20 yer (2500 manat)

II qrup

  • Mühasibat uçotu və audit (Az.) – 30 yer (2000 manat)
  • Mühasibat uçotu və audit (ing.) – 15 yer (2500 manat)
  • Maliyyə (Az.) – 30 yer (2000 manat)
  • Maliyyə (ing.) – 15 yer (2500 manat)
  • İqtisadiyyat (Az.) – 20 yer (2000 manat)
  • İqtisadiyyat (ing.) – 15 yer (2500 manat)
  • Menecment (Az.) – 20 yer (2000 manat)
  • Menecment (ing.) – 15 yer (2500 manat)
  • Marketinq (Az.) – 60 yer (2000 manat)
  • Marketinq (ing.) - 15 yer (2500 manat)
  • Biznesin idarə edilməsi (Az.) – 60 yer (2000 manat)
  • Biznesin idarə edilməsi (ing.) – 15 yer (2500 manat)
  • Kommersiya – 60 yer (2000 manat)
  • Turizm və otelçilik – 30 yer (3000 manat)
  • Regionşünaslıq (Avropa ölkələri üzrə) – 30 yer (2500 manat)

III qrup

  • Filologiya (Azərbaycan dili və ədəbiyyatı) – 30 yer (2500 manat)
  • Filologiya (İngilis dili və ədəbiyyatı) – 20 yer (2500 manat)
  • Tərcümə (İngilis dili) – 30 yer (3000 manat)
  • Tarix – 30 yer (2500 manat)
  • Sosial iş – 60 yer (2500 manat)

Abituriyentlərin nəzərinə çatdırırıq ki,

  • Bütün ixtisaslar üzrə təhsilalma forması əyanidir.
  • Tədrisi ingilis dilində olan ixtisaslara müsabiqə rus bölməsi ilə birgə aparılır.
  • Tədrisi ingilis dilində olan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün əlavə 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir.
  • Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul olan və ingilis dili biliyini beynəlxalq səviyyəli IELTS (6.0 və yuxarı), TOEFL (75 və yuxarı), PTE (50 və yuxarı) kimi dil sertifikatları ilə təsdiq edən yaxud daxili yerləşdirmə testindən uğurla keçən (Placement Test) tələbələr birbaşa I kursa başlacaqlar.
  • 2019/2020-ci tədris ilindən başlayaraq tətbiq olunacaq Universitet Daxili İki Diplom Proqramına (UDİD) əsasən tələbələr 4 ildə 2 diplom ala biləcəklər. Proqrama I kursu bitirmiş, qəbul olduğu ixtisas üzrə nəzərdə tutulan kreditləri qazanan, bu ixtisas üzrə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 85-100 bal arasında olan tələbələr müraciət edə bilərlər.
  • Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsindən təqaüd ala biləcəklər.
  • Azərbaycan Universiteti tərəfindən təsis olunan "Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd" birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.
  • Azərbaycan Universitetinə 600 və yuxarı bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələr birinci tədris ili üçün təhsil haqqı ödənişindən tam azaddırlar. İkinci tədris ilindən etibarən cari semestr üzrə orta müvəffəqiyyət göstəricisi 85-94,9 qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən 50%, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən tam azad olunurlar.
  • Tələbələrə Erasmus+, Mövlanə və DAAD proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.
  • Hər ixtisas üzrə ən yüksək bal toplayaraq qəbul olan tələbələr birinci tədris ili üçün ictimai nəqliyyatda gediş haqqı ilə təmin ediləcəklər.
  • 2019/2020-ci tədris ilində qəbul olan bütün tələbələr təhsil müddəti ərzində “AtaSığorta” tərəfindən sığortalanacaqlar.

Daha ətraflı məlumat üçün
Azərbaycan Universiteti Abituriyent Məlumat Mərkəzi
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12/13/16/17 (133), 055 220 40 58
Sayt: www.au.edu.az
E-poçt: qebul@au.edu.az
Rəsmi facebook səhifəsi: www.facebookcom/AzerbaycanUnv